Sosial şəbəkədə biz:

Koronavirusla bağlı səsyazısı yayanlar danışdı - VİDEO

25 February 2020, 20:45
Gündəm

Sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olması ilə bağlı səsyazısı yayanlar saxlanılıb.
Səsləri sosial şəbəkələrdə yayılan Lənkəran şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov etiraf edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat edib və bu, ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb. Şəhər sakinləri etdiyi əməldən peşman olduqlarını bildiriblər.