Sosial şəbəkədə biz:

Lənkəranda 30-dan çox uşaq xəstəxanaya yerləşdirilib? (VİDEO)

25 February 2020, 21:44
Gündəm

İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub. 
Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir. Baku TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.
Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır.