Sosial şəbəkədə biz:

MÜQAVİMƏT GÖSTƏRƏN ŞƏXS ZƏRƏRSİZLƏŞDİRİLİB - Mingəçevirdə xüsusi əməliyyat

27 February 2020, 11:18
Gündəm

Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib. Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.