Göygölün başçısı ilə bağlı iddialar... - O da "ilişə" bilər...
Arif Seyidov Göygölə 2007-ci ildən icra başçısı təyin olunub. Onun 13
ilə yaxın fəaliyyəti dövründə rayonda heç bir irəliləyiş olmayıb.
Göygöl
kimi səfalı bölgəmiz problemlər içində boğulmaqla bərabər,
qanunsuzluqlar, saxtakarlıqlar, mənimsəmələr rayonu başına alıb.
Bu
barədə rayon sakinlərindən biri facebook-da video müraciətində
açıqlayıb. O, A.Seyidova ağır ittihamlar səsləndirərək, Göygölü
talamaqda, maliyyə rəisi Oqtay Əliyevlə əlbir olmaq büdcə vəsaitlərini
çırpışdırmaqda günahlandırıb.
Göygöl
sakini video müraciətində qeyd edir ki, Ağstafanın həbs edilən icra
başçısı Nizaməddin Quliyev kimi Arif Seyidovun da əməlləri
araşdırılmalı, həbs olunmalıdır.
Onun
sözlərinə görə, bu illər ərzində icra başçısının missiyası yaxın
adamlarını, qohumlarını ətrafına toplamaq, onlara vəzifələr paylamaq,
Göygöl İH-ni ailə podratına çevirmək olub.
Başçı
müavini Kəmalə İbrahimova ilə həyat yoldaşının onun yaxın adamları
olduğu, hətta Fikrət adlı 70 yaşlı qudasına vəzifə verdiyi bildirilir.
Video
çıxışında Göygöl sakini qeyd edir ki, icra başçısı onu qəbula gedərkən
qapıdan qovub, həbslə hədələyib, mərkəzi hakimiyyətə yazdığı şikayətlərə
görə təhdid edib.
“Arif Seyidov bu dövr ərzində müxtəlif vəzifələrdə işləyənlərin yerlərini dəyişsə də, maliyyə müdiri Oqtay Əliyevə toxunmayıb.
Çünki
rayondakı yeyintilərdə maliyyənin xüsusi yeri var. Bu gün Arif Seyidov
Göygölü talan edib, torpaqlarını satıb, böyük pullar mənimsəyib”.
Onun dediyinə görə, Göygölün icra başçısı prezident İlham Əliyevə rayona içməli su verildiyini məruzə edib:
“Amma
mən palçıqlı su gəldiyini sübut etdim, bu haqda yazdım. Deyilənə görə,
bundan sonra Arif Seyidov möhkəm sıxışdırılıb, vəziyyətdən çıxmaq üçün
yuxarılarla dil tapıb ki, bu iş ört-basdır olsun”.
KİV-də
yayılmış xəbərlər də rayon sakininin dedikləri ilə üst-üstə düşür.
Dia.az yazmışdı ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül
məsələdir.
Hətta
müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz
istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş
vəziyyətdə çıxırlar.
Maraqlıdır
ki, son bir il ərzində rayon ərazisində aparılan anti-korrupsiya
əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra
başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir.
Eyni
zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və
əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında
baş verir.
İcra
başçısına məxsus olduğu deyilən mal-heyvanın videosu sosial şəbəkələrdə
yayılıb. Kadrda danışan yerli sakinin sözlərinə görə, videodakı
ərazilər A.Seyidov tərəfindən zəbt olunub, otlaqlar onun fermer
təsərrüfatına xidmət edir.
Sakinlər
bildirirlər ki, örüş sahələrini ələ keçirən icra başçısının fəaliyyəti
araşdırılmalıdır. Onun vəzifəsi İH rəhbəri olaraq yerli camaatın
problemləri ilə maraqlanmaq, Göygöldə yerli idarəetmə strukturunun
başında olmaqdır. Amma icra başçısı fermerə çevrilib, mal-heyvan
saxlayır.
Gundemxeber.Az
xəbər verir ki, Göygöl camaatı A.Seyidovun otlaqları “işğal” etdiyini
bildirirlər. Bu azmış kimi, rayonda fermerlərin başına oyun açır,
onlardan “haqq” alır.
Prezident
onu icra başçısı təyin etməyib ki, otlaqları ələ keçirsin, mal-heyvan
saxlasın. Dünyanın hansı ölkəsində əyalət başçısı məmur özünə hörmət
qoymayıb qoyun-quzu təsərrüfatı açar?
A.Seyidov
isə insanları o həddə çatdırıb, otlaqları özünküləşdirərək narazılıq
yaradıb ki, artıq məsələ sosial şəbəkəyə çıxır, video kadrlar yayılır.
"Göygöl
rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi.
Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım,
qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonu Hacıməlik
qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev bir
neçə il qabaq şikayətində belə demişdi. Yəni, bu, bir təsdiqdir.
Göygöl rayonu məmur tapdağı altında inildəyir. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.
Deyilənə
görə, A.Seyidov Gəncənin keçmiş icra hakimi Elmar Vəliyevə böyük
ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib
A.Seyidovun
özünə məxsus isə Aşıqlı, Toğanalı, Hacıkənd, Mixaylovka kəndlərində
evləri var. Şəhər bələdiyyəsi Mikayıl Hacıyev sayəsində Göygöldə bir
qarış torpaq qalmayıb.
Bir müddət əvvəl də Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu oldu.
Samir
Seyidovun şəxsi profilində paylaşdığı görüntülərdən aydın olur ki,
bahalı avtomobillər, hədiyyələr, əyləncə həyatı məmur oğlu üçün adi
haldır.
XalqXeber.Az