Sosial şəbəkədə biz:

"Oğlum işdən çıxarılmayıb..." — Fərəc Quliyevdən AÇIQLAMA

27 February 2020, 15:49
Gündəm

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsində çalışan oğlunun işdən çıxarılması xəbərlərinə münasibət bildirib. 


Fərəc Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, oğlu Mətin Quliyevin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılması barədə xəbərlər doğru deyil:


"Bu məlumatlar yalan və böhtandır. Oğlum işdən çıxarılmayıb, işində, vəzifəsindədir. Sadəcə olaraq indi oğlum xəstədir, səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub. Sağalan kimi işinə qayıdacaq".