Sosial şəbəkədə biz:

İranın vitse-prezidenti koronavirusa yoluxdu

27 February 2020, 20:49
Gündəm

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar koronavirusa yoluxub.

Bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, M.Ebtikar həkimə müraciət edib. Ondan götürülmüş qan analizinin nəticələrinə əsasən, vitse-prezidentin koronavirusa yoluxduğu təsdiqlənib. Mənsumə Ebtikar dərhal karantinə alınıb.

Bundan başqa, İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə koronavirusdan ölüb. Azvision.az