Partiya sədrlərinin biznes siyahısı yayıldı – Pənah Hüseyn, Etibar Məmmədov, Hafiz Hacıyev, Razi Nurullayev…
Bizneslə məşğul olanlar təkcə məmurlar deyilmiş. Sən demə, siyasətçilər, partiya sədrləri də özləri üçün gün ağlamaq məqsədilə şirkətlər yaradıblar.
Azinforum.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə siyasətçilərin biznes fəaliyyəti ilə bağlı faktları ictimailəşdirib. Məlum olub ki, partiya sədrləri və siyasətlə məşğul olanlar arasında həm də bizneslə məşğul olanlar az deyil.
Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn 2011-ci ildə qeydiyyatdan keçmiş “YSV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 3 həmtəsisçisindən biridir. Şirkətin digər həmtəsisçiləri BABAYEV YAŞAR BALAKİŞİ oğlu və AĞAYEV SEYİDMƏMMƏD MİRQƏDİR oğludur.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
isə 3 şirkətin sahibidir. Onun təsisçisi olduğu “EXPORT 2011” MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə dövlət qeydiyyatına alınıb, hüquqi
ünvanı Binəqədi rayonu, Azadlıq prospekti 189-dur. Partiya sədrinin
digər şirkəti , A.S.R. fərdi şirkəti 2001-ci ildə Göygöl rayonu, Səbuhi
Hacıyev küçəsi 25-də hüquqi qeydiyyata alınıb. Hüquqi qeydiyyatı Hafiz
Hacıyevə məxsus digər ünvanda – Akademik Həsən Əliyev küçəsi 113, mənzil
22-də olan “JASMİN-M” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2014-cü ildə
qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi “Müasir Müsavat”
qəzetinin mərhum baş redaktoru Təranə Ramazanova Əsəd qızı olub.

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev
ilk şirkətini – “SİRDAŞ LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2006-cı
ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində
qeydiyyatdan keçirib.
Partiya sədri bundan 3 il
sonra Türkiyədə daha geniş biznes qurub. Onun və şərikləri Rəfael
Qorçiyev və Vedat Yılmazcının 2009-cu ildə İstanbul Ticarət Sicili
Memurluğunda qeydiyyatdan keçirdiyi BVR (Bədrəddin, Vedat, Rəfael)
SIRDAŞ TURİZM İNŞAAT GIDA VE TAŞIMACILIK DIŞ TİCARET LİMİTED şirkətinin
nizamnamə kapitalı 500 min lirə təşkil edir. Sərmayənin 165 min lirəsi
CXP sədrinə məxsusdur. Adından da bəlli olduğu kimi şirkət ticarət,
inşaat və turizm sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Vedat
Yılmazcını digər Türkiyə vətəndaşı – Burhan Kötük əvəzləyib, şirkət FBR
SIRDAŞ TAŞIMACILIK PAZARLAMA TURİZM İNŞAAT VE GIDA DIŞTİCARET LİMİTED adı alıb. Burhan Kütük 34 faiz, digərləri hər biri 33 faiz pay hüququna sahib olublar.

Razi Nurullayev
isə 2015-ci ildə AXCP ilə yolları ayrılmazdan xeyli əvvəl şirkət sahibi
imiş. Onun təsisçisi olduğu “MARAFON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
2006-cı ilin yanvarında hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, SÜLEYMAN SANİ
AXUNDOV, ev 1B, m. 71 olmaqla Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik
Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb.

AMİP lideri Etibar Məmmədovun
da aktiv siyasi fəaliyyətdən geri çəkiləndən bəri bizneslə məşğul
olduğu heç kimə sirr deyil. Etibar Məmmədovun biznesi onun böyük oğlu
Orxan Məmmədovun adına rəsmiləşdirilib. Orxan Məmmədov 2006-cı ilin
iyununda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə
Baş İdarəsi qeydiyyata alınmış “E.M. KONSALTİNQ” MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİnin (hüquqi xidmətlər sahəsində fəaliyyət göstərir) və 2008-ci
ilin martında Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş
İdarəsində qeydiyyatdan keçmiş “ORXAN-LF”MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİnin təsisçisidir. Etibar Məmmədovun kiçik oğlu Ayxan Məmmədov
bir müddət AMİP Gənclər Təşkilatında fəaliyyət göstərsə də bir müddət
əvvəl ABŞ-a köçüb.
