Sosial şəbəkədə biz:

Nazirlik bu şirkəti 50 000 manat cərimələdi

02 March 2020, 21:26
Gündəm

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

Onun sözlərinə görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
"Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.