Sosial şəbəkədə biz:

Zakir Həsənov ön idarəetmə məntəqəsində olub - VİDEO

03 March 2020, 21:14
Gündəm

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib.

Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.