Sosial şəbəkədə biz:

Milli Məclisdə struktur islahatları aparılacaq

05 March 2020, 13:31
Gündəm

Milli Məclisdə struktur islahatları aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

O, bildirib ki, hakimiyyət orqanlarında islahatlar keçirilir və bu islahatlar yəqin ki, Milli Məclisdə də keçiriləcək: “Ancaq şöbələrin ləğv olunması ilə bağlı elə bir qərar qəbul olunmayıb. Ona görə də ləğv olunacaq və yeni yaradılacaq şöbələr haqqında heç nə deyə bilmərəm. Biz bu barədə fikirləşirik”.

S. Mirzəyev bildirib ki, qanuna görə, 7 gün müddətində Milli Məclisin ilk iclası olmalıdır.