Sosial şəbəkədə biz:

Ərdoğanla Putinin təkbətək görüşü 3 saat davam edib

05 March 2020, 21:20
Gündəm

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş 3 saat davam edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, prezidentlərin 3 saat çəkən təkbətək görüşündən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüşün əsas müzakirə mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı olub.