Sosial şəbəkədə biz:

“Qorotdel”də yeni təyinat

06 March 2020, 11:55
Gündəm

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı çərçivəsində daha bir əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.

Bakı BPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya məlumatı təsdiqləyib.