Sosial şəbəkədə biz:

Rusiyada bir gündə 6 nəfər koronavirusa yoluxdu

06 March 2020, 21:14
Gündəm

Ötən gün Rusiyada koronavirusa 6 yoluxma halı qeydə alınıb.

Bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahı məlumat yayıb.

Bildirilib ki, Nijni Novqorodda bir, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb. Virusa yoluxanların hamısı İtaliyadan gəliblər. Hazırda onlar karantində saxlanılırlar.

Qeyd edək ki, bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib. Azvision.az