Sosial şəbəkədə biz:

“Facebook” Londondakı ofislərini bağladı

07 March 2020, 09:57
Gündəm

“Facebook” şirkəti London şəhərində yerləşən ofislərini koronavirus təhlükəsinə görə müvəqqəti bağlayıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 24-26 fevralda Sinqapurda səfərdə olan işçilərdən biri Londonda yerləşən ofisə gəlib. Lakin, sonradan onda virus aşkarlanıb.

Nəticədə 3 min işçi evə buraxılıb. Ofislərdə isə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.