Sosial şəbəkədə biz:

ABŞ hökuməti vətəndaşlarına Azərbaycan və Türkmənistanla bağlı XƏBƏRDARLIQ ETDİ

09 March 2020, 12:17
Gündəm

ABŞ rəsmiləri koronavirusa görə, Azərbaycan və Türkmənistana getmək istəyən vətəndaşlara xəbərdarlıq edib.
"Reuters" xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti cümə günü amerikalılara koronavirusla bağlı xəbərdarlıq edib. Onlar ABŞ vətəndaşlarını Azərbaycan və Türkmənistana səfər etməməyə çağırıblar. ABŞ-ın Dövlət Departamentinin belə bir addım atmasının səbəbi hər iki ölkənin İranla sərhəd olması göstərilib.