Sosial şəbəkədə biz:

Daha iki partiya sədri PA rəsmisi ilə görüşdü

11 March 2020, 16:11
Gündəm

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri görüşləri davam edir.

Azinforum.az-ın
məlumatına görə, Ədalət Vəliyev daha iki partiyanın sədri ilə görüşüb.

Ədalət Vəliyev bu dəfə ayrı-ayrılıqda Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və “Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümov ilə görüşərək müzakirələr aparıb.

Görüşdə siyasi dialoq və əməkdaşlıq perspektivləri, ictimai-siyasi vəziyyət, partiyaların ictimai-siyasi proseslərdə rolu və s. məsələlərin müzakirə edildiyi bildirilir.