ÜST koronavirusu pandemiya elan edib
Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus bildirib.
“Yaxın günlərdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.
Qeyd edək ki, dünyanın 114 ölkəsində 122 mindən çox insan koronavirusa yoluxub. İndiyədək 4,4 minə yaxın insan bu virusdan ölüb.