Sosial şəbəkədə biz:

İTV-də hadisə, işçi 2-ci mərtəbədən yıxıldı - Yenilənib

12 March 2020, 14:29
Gündəm

Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

“ Azinforum.az ” lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.

***

“ Azinforum.az ” ın əldə etdiyi məlumata görə, İTV-nin texniki əməkdaşı, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğlu binanın ikinci mərtəbəsində təmir işləri görərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.