Sosial şəbəkədə biz:

"Soğanla sarımsaq koronavirusdan qorumur" - Baş infeksionist

14 March 2020, 10:10
Gündəm

Bu sözləri Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, baş infeksionist Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ qərargahın brifinqində deyib. 
O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:
"Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".