Sosial şəbəkədə biz:

“Paşinyan referendumu təxirə salmaq əvəzinə, özünü təcrid edir” - Deputat

14 March 2020, 14:20
Gündəm

Paşinyan referendumu təxirə salmaq əvəzinə Sevanda özünü təcrid edir.

Bunu “Parlaq Ermənistan” partiyasının deputatı Ani Samsonyan "Facebook" səhifəsində yazıb.

"Belə məsuliyyətli məqamda İrəvan merinin olmadığına təəccüblənmirəm. Çünki o, ümumiyyətlə məsuliyyətsiz bir insan olduğu üçün paytaxtla maraqlanmır. Ancaq mən müxalifətin referendumu təxirə salmağı təklif etdiyi zaman Ermənistanın baş nazirinin “xalqı referendumu təxirə salmaq çağrışları ilə qorxutmayın” deməsi təəccübləndirir. Referendumu təxirə salmaq əvəzinə, Sevanda özünü təcrid edir”, - deyə Samsonyan vurğulayıb. Azvision.az