Sosial şəbəkədə biz:

İranda koronavirusdan ölənlərin sayı 611 nəfərə çatdı

14 March 2020, 15:19
Gündəm

İranda daha 97 nəfər koronavirusun qurbanı olub.

İRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 611 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 365 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 12 729 nəfərə çatıb.

K.Cahanpur həmçinin 4 339 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.