Sosial şəbəkədə biz:

REAL TV 2 yaşını qeyd edir - VİDEO

15 March 2020, 12:30
Gündəm

Bu gün REAL TV-nin fəaliyyətə başlamasından 2 il ötür.

Mir Şahin Ağayevin rəhbərlik etdiyi peşəkar kollektiv geridə qalan iki ildə eksklüziv xəbərləri, birbaşa yayımları, aktual müsahibələri ilə Azərbaycan teleməkanına bir sıra yeniliklər gətirib. Böyük uğurlara imza atan REAL TV bu müddət ərzində Azərbaycan seyrçisini hadisələrin iştirakçısına çevirməyi bacarıb.

Azinforum.az kollektivi adından REAL-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.