Sosial şəbəkədə biz:

Köməkçisi Mübariz Mənsimovun tutulmasından DANIŞDI

15 March 2020, 13:46
Gündəm

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.


Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.

O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.


Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.