Sosial şəbəkədə biz:

Ümrə ziyarətindən qayıdan 10330 nəfər karantinə alındı (VİDEO)

15 March 2020, 14:05
Gündəm

Türkiyədə Ümrə ziyarətindən qayıdan bir nəfərdə koronavirus aşkarlanıb.
Qaynarinfo yerli KİV-nə istinadən xəbər verir ki, bu səbəbdən Ümrədən qayıdan 10330 nəfəri Ankara və Konya şəhərlərində yerləşən 5 yataqxanada karantin altına alınıb. Onlar 14 gün müddətinə karantin altında saxlanılacaqlar. 
Qeyd edək ki, Türkiyədə 6 nəfərdə koronavirus aşkarlanıb.