Ermənistan koronavirusa görə MDB-də üzdəniraq birinci yerə çıxdı...
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan işğalçı ölkədə koronavirusun yayılmasıyla bağlı maraqlı rəqəmlər açıqlayıb.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, Q.Baqratyan Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla MDB ölkələrində 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı ilə bağlı cədvəli təqdim edib.
Ermənistan - 1Moldova - 0.45Belarus - 0,27Azərbaycan - 0,15Rusiya - 0.04Qazaxıstan - 0.03Ukrayna - 0.008Qırğızıstan - 0Tacikistan - 0Özbəkistan - 0Türkmənistan - 0 Göründüyü kimi, Ermənistan bu üzdəniraq reytinqdə birinci yerdədir. Baqratyan buna səbəb kimi Paşinyan hökumətinin bivec fəaliyyətini göstərir və öz təkliflərini verir.
Son məlumata görə, Ermənistanda koronavirus xəstələrinin sayı artıq 28-ə çatıb.