Sosial şəbəkədə biz:

Qar Leriki iflic etdi – Foto

28 January 2016, 14:44
Gündəm
Lerikdə yağan qar bır sıra problemlər yaradıb.   Axar.az-ın məlumatına görə, ucqar dağ bölgəsində yağan qarın qalınlığı 25-30 santimetrdir.   Cənub bölgəsində ən aşağı temperatur Lerikin Kəlvəz ərazisində qeydə alınıb. Burada 13 dərəcə şaxta hökm sürür.   Qar və şaxtalı hava Lənkəran-Lerik yolunda buzlaşmaya səbəb olub. Həmçinin, kəndlərdə elektrik enerjisi kəsilib. Aidiyyəti qurumlar bir neçə gündür ki, qarın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır. Bölgədən fotoları təqdim edirik: