Sosial şəbəkədə biz:

“G-20” koronavirusla əlaqədar təcili toplanır

24 March 2020, 15:16
Gündəm

“Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin koronavirusla bağlı fövqəladə sammiti martın 26-da keçiriləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, sammitə Rusiya da dəvət alıb və iştirak etməyə hazırlaşır.

"Sammit video rejimində keçiriləcək və COVID-19 ətrafındakı vəziyyətə həsr olunacaq. Təşəbbüskar Səudiyyə Ərəbistanıdır". Azvision.az