Sosial şəbəkədə biz:

“Koroğlu”ya giriş bağlandı

25 March 2020, 14:11
Gündəm

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bunda məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edirik”.