Sosial şəbəkədə biz:

Ölkədə xüsusi təyinatı olmayan avtomobillərin hərəkəti dayandırılır

27 March 2020, 22:25
Gündəm

Ölkədə xüsusi karantin rejimi dövründə bir sıra nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılacaq. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna hal kimi qəbul olunacaq.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb:

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir”.