Sosial şəbəkədə biz:

İtaliyadan Aİ-yə sərt tənqid: “İlanlar və çaqqallar mağarasıdır”

28 March 2020, 10:45
Gündəm

İtaliyanın sabiq Baş Naziri və ana müxalifət partiyasının lideri Mateo Salvini Avropa İttifaqını sərt tənqid edib.

Salvini "Twitter" hesabından etdiyi paylaşımda Aİ-ni İtaliyada koronavirusdan ölənlərə biganəlik nümayiş etdirməkdə günahlandırıb.

Sabiq Baş Nazir Aİ-ni ilanlar və çaqqallar mağarasına bənzədib: "Avropa İttifaqına nifrət edirəm. Hətta diksinirəm. Sanki ittifaq yox, ilanlar və çaqqallar mağarasıdır. Biz əvvəlcə virusu məğlub edəcəyik. Sonra Aİ barədə düşünəcəyik. Lazm gələrsə, təşəkkür etmədən Aİ-ni tərk edəcəyik".

Qeyd edək ki, İtaliyada ötən gün yeni növ koronavirusdan ölənlərin sayı 969 nəfər artaraq 9134-ə çatıb.

Azvision.az