Sosial şəbəkədə biz:

Azərbaycanda deputatların heç birində koronavirus aşkarlanmayıb

28 March 2020, 10:48
Gündəm

Milli Məclisin (MM) deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə jurnalistlərə MM-nin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Xatırladaq ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçiblər.