Sosial şəbəkədə biz:

Deputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəlib

30 March 2020, 11:28
Gündəm

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. “Report” xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.