Sosial şəbəkədə biz:

İş adamı çağrış etdi: "Pandemiyaya qarşı mübarizə ümumxalq işidir"

30 March 2020, 13:26
Gündəm

İş adamlarına, sahibkarlara Koronovirusa qarşı Mübarizəyə Dəstək Fonduna qoşulmağa çağırış.
Bu gün bütün dünyanın diqqəti Koronovirus adlanan virusla mübarizəyə köklənib. Çindən təşəkkül tapan bu virus qısa müddət ərzində dünyanın 190-dan artıq ölkəsini öz cənginə almaqdadır. Canlar sürətlə bu virusa yoluxur və həyatlarını itirirlər. Artıq Ümumdünya Səhiyyə Təşkilatı Koronovirusu pandemiya elan edib. Sərhəd tanımayan bu pandemiya ölkəmizin sərhədlərini də aşmaqdadır. Avropa və qonşu İranda vüsət almaqda olan pandemiya Azərbaycan dövlətini qabaqlayıcı tədbirlər görməyə sövq edib. Dövlət başçısı İlham Əliyev cənabları bu məqsədlə 1 milyard manat vəsait ayırması onun xalqın yanında olmasının sağlamlığına xüsusi önəm verməsinin bariz ifadəsidir.
Koronavirusla mübarizəyə dəstsək fonduna Milli Məclislisin deputatları, bank strukturları, eləcədə digər dövlət və özəl strukturlar da qoşulmuşlar. Onların sırasında iş adamı “LAMİNA STAR” şirkətinin təsisçisi Səhər Niftullayev də vardır. O da yeni yaradılmaqda olan fonda öz maliyyə köməkliyini göstərmişdir. İş adamı bununla işini bitmiş hesab etmir, eyni zamanda həmkarları olan digər sahibkarları da bir nəfər kimi bu ümumxalq işində yaxından iştirak etməyə çağırmağı özünün vətəndaşlıq borcu, vəzifəsi hesab edir: " İndi ölkənin, dövlətin pandemiyaya qarşı mübarizə əzmini ortaya qoymaq bu amansız və güzəşsiz mübarizədən qalib çıxmaqdan ötrü hər bir vətəndaşın o cümlədən iş adamlarının dövlət başçısının yanında olmasına böyük ehtiyac var və bu qələbəyə aparan yeganə doğru yol hesab edilir. Bəli, pandemiyaya qarşı mübarizə ümumxalq işidir".