Sosial şəbəkədə biz:

Ata və oğul fonda 5 min manat ianə etdilər

01 April 2020, 18:51
Gündəm

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

Fonda ianə edənlər arasında sabiq nazirlər və övladları da var.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov 2 min manat, oğlu Anar Məmmədov 3 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.(Unikal.org)