Sosial şəbəkədə biz:

“VƏTƏNDAŞLAR İCAZƏ İLƏ ÇÖLƏ ÇIXA BİLƏCƏK...” - İbrahim Məmmədov

02 April 2020, 15:21
Gündəm

“Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın saatlarda açıqlanacaq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”.