Sosial şəbəkədə biz:

Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

02 April 2020, 17:52
Gündəm

Azərbaycanda yeni tikilmiş tələbə yataqxanası istifadəyə veriləcək.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.
Belə ki, 2020-2021 tədris ili üçün Azərbaycan Milli Konservatoriyasının yeni tikilmiş yataqxana binasının istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, bəzi ali təhsil müəssisələri də mövcud yataqxanalarında müəyyən işlər görməkdədir.