Sosial şəbəkədə biz:

Neft Fondu şokolad alır - Bir kiloqramı 65 manata

06 April 2020, 22:24
Gündəm

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ərzaq məhsullarının satın alınması ilə bağlı elan etydiyi tenderin qalibi məlum olub.
Belə ki, Neft Fondunun tender müsabiqəsinin qalibi “Fresh Foods Supply” MMC  olub.
“Fresh Foods Supply” MMC Neft Fonduna 21 min 400 manat dəyərində aşağıdakı cədvəldə adları qeyd olunan ərzaq məhsullarını satacaq.

ŞokoladFerrero Rocher-300 qram40qutu
Şokoladqarışıq100kq
Qənd-parçaAzərŞəkər-850 qram15paçka
Qənd-bükməAzərŞəkər-500 qram20paçka
Sirab-premiumqazsız-0.33 litr1000ədəd
Badam-12kq
Qəhvəüyüdülmüş50kq
Qəhvədənli20kq
Fındıq-12kq
Qoz-12kq
Brazilya qozu-12kq
Kişmiş-12kq
Peçenyexüsusi dəmir qablaşdırmada və ən az 6 ay istifadə müddəti olmaqla100qutu
Süd-100litr
SuSirab-19 litr50ədəd
Sirab-plastikqazlı-0.5 litr1500ədəd
Sirab-plastikqazsız-0.5 litr3 500ədəd
Sirab-premiumqazlı-0.33 litr1 000ədəd
Kəklikotu-5kq
Çay-qaraTess-200 qram100paçka
Çay-yaşılTess-100 qram10paçka
Çay-qaraLipton-100 paket20paçka
Çay-yaşılLipton-100 paket20paçka

Məlumat üçün bildirək ki, Neft Fondunun almaq istədiyi “Ferrero Rocher” şokoladının 300 qramlıq qutusun qiyməti təxminən 20 manat təşkil edir. Bu isə o deməkdir ki, Fond bu şokolad üçün 800 manat xərcləyəcək. 
Bundan başqa Fondun almaq istədiyi Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda  yabanı halda bitir. Braziliya qozunun bir kiloqramının qiyməti təxminən 60 manata bərabərdir. Yeniavaz.com