Sosial şəbəkədə biz:

511 nəfər karantinə yerləşdirildi

08 April 2020, 10:50
Gündəm

“Türkiyə sərhədləri bağladıqları son İraqda qalmağa məcbur olan 511 Türk ölkəyə geri gətirilib. 

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, vətəndaşlar dünən gecə 2 özəl təyyarə ilə Ankara Esenboğa hava limanına gətirilib. Daha sonra isə onlar karantin üçün nəzərdə tutulmuş yataqxanalara yerləşdirilmək üçün Afyonkarahisar a göndərilib. 

Qeyd edək ki, Türkiyə vətəndaşları 14 gün karantin altında qalacaq.