FİFA reytinq cədvəlini açıqlayıb – Yerimizdə sayırıq
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.
Siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.