Sosial şəbəkədə biz:

Azərbaycanda icra başçısının müavini koronavirusdan sağaldı

13 April 2020, 16:43
Gündəm

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.

"Azinforum.az"ın məlumatına görə, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi pozitiv çıxıb.