Sosial şəbəkədə biz:

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb - FOTO

15 April 2020, 23:06
Gündəm

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
Hadisə Lökbatan qəsəbəsində baş verib. 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.

APA