Sosial şəbəkədə biz:

Şəmkirdə qətlə yetirilən qadının kimliyi məlum oldu - Yenilənib

19 April 2020, 12:19
Gündəm

Şəmkir şəhərində qətl törədilib.

" Azinforum.az " "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb. 

Həmin qəsəbədə qadının (ad və soyad dəqiqləşdirilir-red) boğazı kəsilərək qətlə yetirilib. İlkin məlumat görə, hadisəni onun əri törədib.

Faktla bağlı araşdırma aparılır.

**

Şəmkirdə öldürülən qadının kimliyi məlum olub.

“Qafqazinfo” məlumatına görə, qətlə yetirilən şəxs 26 yaşlı Məmmədova Nailə Allahyar qızıdır.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.