Sosial şəbəkədə biz:

Ərəbistanda koronavirusa yoluxanların sayında rekord

19 April 2020, 12:22
Gündəm

Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda yüksəlib. “Qafqazinfo” “Regnum.ru”ya istinadən bildirir ki, bunu Krallığın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl-Abdel Əli deyib.

Onun sözlərinə görə, son sutka ərzində koronavirusa yoluxanların sayı 1 132 nəfər artıb. Bununla da, virusa yoluxanlarn ümumi sayı 8,2 mini ötüb.

Daha 5 nəfər koronavirusun qurbanı olub. Onlardan biri yerli sakin, digər dördü isə əcnəbidir. Virusdan ölənlərin ümumi sayı 92-yə çatıb.