Sosial şəbəkədə biz:

Seyfulla Əzimov parlamentdə ilk dəfə hesabat verəcək

20 April 2020, 11:13
Gündəm

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.

Milli Koordinatorun mayın 8-də Milli Məclisə illik hesabat təqdim etməsi gözlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.