Sosial şəbəkədə biz:

Bağlanan bankda bir nəfərin 40 milyonu qalıb

01 February 2016, 14:47
Gündəm
Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. 
Lent.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib. ATV telekanalının "İqtisadi zona" verilişinə müsahibə verən A.Cavadov həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.
Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.