Sosial şəbəkədə biz:

Məşhur müğənni koronavirusa görə dövlətdən 1000 manat yardım aldı - VİDEO

27 April 2020, 16:51
Gündəm

“Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.

Bunu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında şou-biznesdə “Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.

O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:

“Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyiciləridirsə, dəstək alıblar”.

(Oxu.az)