Sosial şəbəkədə biz:

Daha öldürücü epidemiya gözlənilir: tanınmış həkimdən qorxulu xəbərdarlıq

28 April 2020, 09:43
Gündəm

Rusiyanın tanınmış həkimi və koronavirus üzrə informasiya mərkəzinin rəsmi nümayəndəsi Aleksandr Myasnikov dünyanı “COVİD-19”dan daha dəhşətli və ölümcül epidemiyanı gözlədiyini xəbər edib.

“Başqa epidemiya da olacaq və bu mütləq baş verəcək. Biz hamımız ölüm nisbəti 30-35% olacaq ciddi bir epidemiyanı gözləyirik”,-deyə Rusiyanın “Layf” kanalı doktor Myasnikovdan sitat gətirib.

Rusiyalı ekspertin sözlərinə görə, hazırkı epidemiya əslində bəşəriyyəti qarşıdan gələn pandemiyalara hazırlamaq üçündür. /Musavat.com