Sosial şəbəkədə biz:

Biləsuvarın sabiq icra başçısı həbs edildi

30 April 2020, 18:47
Gündəm

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində məhkəmə qərar verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onunla birlikdə 10-a yaxın şəxsin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.