Sosial şəbəkədə biz:

Astarada meşə ərazisində yeyib-içmək məclisi təşkil edənlər həbs edildi

01 May 2020, 16:08
Gündəm

DİA.AZ: - Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.