Sosial şəbəkədə biz:

Bakıda polislə sürücü arasında dava... – VİDEOLAR

01 February 2016, 19:06
Gündəm
Bu gün axşam saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında DYP əməkdaşları ilə sürücü arasında mübahisə yaşanıb. Belə ki, yol polisləri tərəfindən saxlanılan sürücü sənədlərini təqdim etmək istəməyib.
Musavat.com-un verdiyi məlumata görə, uzun mübahisədən sonra DYP əməkdaşları sürücünün avtomobilinin açarlarını almaq məcburiyyətində qalıblar. Sənədlərini təqdim etməkdən imtina edən sürücünün ödəniləcək cərimələrinin olduğu da bildirilir.
Maraqlıdır ki, uzun mübahisə və DYP əməkdaşlarının sürücü ilə danışıqları heç bir fayda verməyib. Nəticədə ətrafdakı insanlar da hadisə yerinə toplaşıblar.
Hadisə yerinə avtomobili aparmaq üçün evakuator çağırılıb.
Polis-sürücü davası
Polis-sürücü davası-1